Bakı. 7 iyun. REPORT.AZ/ "Dağlıq Qarabağda təmas xəttində atəşkəs rejimi qeyri-sabitdir, kövrəkdir və mövcud status-kvo qəbuledilməzdir"
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkel ilə Berlində keçirdiyi birgə mətbuat konfransında deyib.
Azərbaycan Prezidenti bildirib ki, qoşunların təmas xəttində atəşkəs daim pozulur, atəşkəs rejimi qeyri-sabitdir, kövrəkdir: "Bugünkü status-kvo bu cür davam edə bilməz. Aprel ayından Ermənistanın bizə qarşı silahlı təxribatları davam etdirir".