İlham Əliyev: "Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində İran daim Azərbaycanı dəstəkləyir"

İlham Əliyev: "Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində İran daim Azərbaycanı dəstəkləyir" "Azərbaycan da bütün beynəlxalq məsələlərdə daim İranın yanındadır"
Qarabağ
29 Mart , 2018 00:05
İlham Əliyev: Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində İran daim Azərbaycanı dəstəkləyir

Bakı. 29 mart. REPORT.AZ/ "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması ilə bağlı İran daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və beynəlxalq təşkilatlarda öz səsini qəbul edilmiş qətnamələrə verir".

“Report” xəbər verir ki, bunu martın 28-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhani ilə mətbuata birgə bəyanatı zamanı deyib.

"Ona görə, biz İrana çox minnətdarıq. Eyni zamanda, Azərbaycan da bütün beynəlxalq məsələlərdə daim İranın yanındadır", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi