Yuxarı
    Bağlamaq

    İlham Əliyev: "Biz öz torpağımızda vuruşuruq"

    Bizim işimiz haqq işidir

    Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev cəbhə bölgəsində ermənilərin hücumunu dəf edərkən yaralanmış və şəhid olmuş hərbçilərin ailə üzvləri ilə görüşüb. "Report"un məlumatına görə, Prezident sonuncu baş verənlərin ermənilərin birinci təxribatı olmadığını deyib: "Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərləri düşmənin təxribatının qarşısını alıblar. Düşmənin layiqli cavabını verdi və təmas xəttində öz üstünlüyünü daha da möhkəmləndirdi.

    Ermənilər yaşayış yerlərini atəşə tutub, mülkü əhalidən yaralananlar var. 300-ə yaxın evə ziyan vurulub. Azərbaycan əsgəri, Azərbaycan zabiti isə heç zaman mülkü əhaliyə qarşı vuruşmayıb, vuruşmur, vuruşmayacaq. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq. Bizim işimiz haqq işidir".
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi