"İgidliyə görə" ​medalı şəhidin atasına təqdim edilib

"İgidliyə görə" ​medalı şəhidin atasına təqdim edilib İsgəndərov "Lələtəpə" yüksəkliyi alınarkən şəhid olub
Qarabağ
12 May , 2016 11:40
İgidliyə görə ​medalı şəhidin atasına təqdim edilib

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gedən döyüşlərdə şəhid olan Nicat İsgəndərovun "İgidliyə görə" medalı bu gün atasına təqdim edilib.

"Report"un xəbərinə görə, bu münasibətlə Tərtərdə keçirilən tədbirdə rayon ictimaiyyəti, şəhidin hərbçi yoldaşları iştirak ediblər.

Qeyd edək ki, N.İsgəndərov "Lələtəpə" yüksəkliyi alınarkən şəhid olub.

Son xəbərlər

Orphus sistemi