“İgidliyə görə” medalı şəhid zabitin ailəsinə təqdim edilib - FOTO

“İgidliyə görə” medalı şəhid zabitin ailəsinə təqdim edilib - FOTO Milli Ordumuzun zabiti doğulduğu İmişlinin Qaralar kəndində torpağa tapşırılıb​
Qarabağ
10 May , 2016 00:55
“İgidliyə görə” medalı şəhid zabitin ailəsinə təqdim edilib - FOTO

Bakı. 10 may. REPORT.AZ / Şəhid zabit Cavid Dədəkişiyevin təltif olunduğu medal onun ailəsinə təqdim edilib. “Report” xəbər verir ki, rayon rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş leytenant, 27 yaşlı şəhid Cavid Dədəkişiyevin prezidentin sərəncamı ilə təltif olunduğu ”İgidliyə görə” medalı onun atasına təqdim olunub.

Qeyd edək ki, bu ilin aprelində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş Milli Ordumuzun zabiti Cavid Dədəkişiyev doğulduğu İmişlinin Qaralar kəndində torpağa tapşırılıb.

Son xəbərlər

Orphus sistemi