Yuxarı
    Bağlamaq

    İƏT baş katibi: "Xocalı faciəsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qanunsuz işğalının nəticəsidir"

    İyad ibn Əmin əl-Mədəni Azərbaycanın işğala son qoymaq səylərini tam dəstəklədiyini bildirib

    Bakı. 26 fevral. REPORT.AZ/ İslam Əməkdaşlığı Təşkilatının (İƏT) baş katibi İyad ibn Əmin əl-Mədəni Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib. Bu barədə "Report" İƏT mətbuat xidmətinə istinadən xəbər verir.

    O qeyd edib ki, Xocalı faciəsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qanunsuz işğalının nəticəsidir. Baş katb ötən il Ciddədə keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının 41-ci Sessiyası çərçivəsində qəbul edilən qətnaməni xatırladıb. Həmin qətnamədə Azərbaycanın işğal olunan ərazilərində mülki əhaliyə qarşı törədilən əməllər bəşəriyyətə qarşı cinayət adlandırılıb. 

    İƏT baş katibi Azərbaycanın işğala son qoymaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək səylərini tam dəstəklədiyini bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi