İƏT baş katibi Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "seçkilərin" keçirilməsini pisləyib

İƏT baş katibi Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "seçkilərin" keçirilməsini pisləyib "Bu "seçkilər" qanunsuzdur və BMT Təhlükəsizlik Şurası, İƏT və ATƏT qətnamələrinə ziddir"
Qarabağ
23 Aprel , 2015 10:04
İƏT baş katibi Azərbaycanın işğal olunmuş ərazilərində qondarma seçkilərin keçirilməsini pisləyib

Bakı. 23 aprel. REPORT.AZ/ İslam Əməkdaşlığı Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni mayın 3-də Azərbaycanın işğal altında olan ərazisi - Dağlıq Qarabağda keçiriləcək qondarma "seçkiləri" pisləyib. "Report" İƏT mətbuat xidmətinə istinadən xəbər verir ki, İ.A.Mədəni bu "seçkilərin" qanunsuz olduğunu və BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlığı Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) qətnamələrinə zidd olduğunu qeyd edib.

İƏT baş katibi beynəlxalq ictimaiyyəti bu qanunsuz seçkiləri qınamağa çağırıb. 

İ.A.Mədəni Azərbaycanın müvafiq beynəlxalq qətnamələr çərçivəsində və dövlətlərin ərazi bütövlüyü, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlərin pozulmaması prinsiplərinə hörmət əsasında  ərazi bütövlüyünü təmin etmək üçün münaqişənin sülh yolu ilə həllinə dair səylərini dəstəkləyən İƏT-in dəyişməz və prinsipial mövqeyini bildirib.

Son xəbərlər

Orphus sistemi