İcra başçısının 1-ci müavini: "Ağcabədi rayonunda 22 evə ziyan dəyib, 1 ev yanıb, 2 ev tamamilə dağılıb"

İcra başçısının 1-ci müavini: "Ağcabədi rayonunda 22 evə ziyan dəyib, 1 ev yanıb, 2 ev tamamilə dağılıb" Vətəndaşlar arasında xəsarət alan yoxdur
Qarabağ
28 Aprel , 2016 15:03
İcra başçısının 1-ci müavini: Ağcabədi rayonunda 22 evə ziyan dəyib, 1 ev yanıb, 2 ev tamamilə dağılıb

Bakı. 28 aprel. REPORT.AZ/ "Ağcabədi rayonunda 22 evə ziyan dəyib, 1 ev yanıb, 2 ev tamamilə dağılıb".

Bunu "Report"a açıqlamasında Ağcabədi Rayon İcra Hakimiyyəti (RİH) başçısının 1-ci müavini Rövşən Əhmədov bildirib.

Onun sözlərinə görə, Ağcabədi rayonunda bir neçə yaşayış məntəqəsinə ağır artilleriyadan açılan mərmi düşüb: "Rayonun Hacılar, Boyat, Yuxarı Qiyamadınlı və Qaraxanlı kəndlərinə mərmi düşüb. Qaraxanlı kəndinə düşən 35 mərmidən biri kənd orta məktəbinin yaxınlığında partlayıb və məktəbin inzibati binasına ziyan dəyib. Vətəndaşlar arasında xəsarət alan yoxdur".

Son xəbərlər

Orphus sistemi