Yuxarı
    Bağlamaq

    İcra başçısı: "Yaxın günlərdə Cocuq Mərcanlıda tikilən 50 evə vətəndaşlar köçürüləcəklər"

    Köçürülənlərin hamısı Cocuq Mərcanlı kəndinin sakinləridir

    Bakı. 4 iyul. REPORT.AZ/ "Yaxın günlərdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikilən 50 evə vətəndaşlar köçürüləcəklər".

    "Report" xəbər verir ki, bunu Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib.

    O bildirib ki, evlər ailələr arasında bölünüb: "Yaxın günlərdə 50 evə vətəndaşlar köçürüləcəklər. Köçürülənlərin hamısı Cocuq Mərcanlı kəndinin sakinləridir, yəni burada yaşamış və qeydiyyatda olan insanlardır".

    K.Həsənov qeyd edib ki, köçürülmə könüllülük əsasında həyata keçirilir: "Bu dəfə köçürülənlərin böyük əksəriyyəti Abşeron rayonunuda, Sumqayıtda və digər yerlərdə ictimai binada, yataqxanada yaşayanlardır. Həmin şəxslərin nə özləri tərəfindən ev alınmayıb, nə dövlət tərəfindən evlə təmin olunmayıb.

    Cocuq Mərcanlı kəndində torpaq sahələri var. Orada meliorasiya işləri aparılmalıdır ki, su ilə təmin olunsun. Çünki əvvəllər oranı suvaran kanallar ermənilərin nəzarət etdiyi tərəfdə qalıb. Layihə hazırlanır ki, suvarma sistemləri təşkil olunsun, insanlar o torpaqlardan tam istifadə edə bilsinlər".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi