Yuxarı
    Bağlamaq

    İcra başçısı: "Tərtərdə məhsul əkini və yığımı vaxtı ermənilər bütün alçaqlığa əl atırlar"

    Müstəqim Məmmədov: Ermənilər əkin sahələrimizə ziyan vurmaq üçün suyun qarşısını bağlayırlar
    © Report — Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov

    Tərtər. 6 fevral. REPORT.AZ/ "Ermənistan tərəfi ötən ilin noyabrın 8-dən bu günə qədər cəbhənin Tərtər rayonu istiqamətində atəşkəs rejimini 749 dəfə pozub. Bu halların 481-də mülki əhali atəşə tutulub".  

    "Report"un Qarabağ bürosunun məlumatına görə, bunu Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib. 

    İcra başçısı qeyd edib ki, ermənilər əkin sahələrində çalışan mülki əhaliyə mütəmadi olaraq atəş açırlar: "Tərtər rayonunun təmas xəttinə yaxın yerləşən kəndlərində yerli sakinlərin əkdiyi taxıl, bambıq və digər kənd təsərrüfatı məhsullarının yığımı vaxtı ermənilər bütün alçaqlığa əl atırlar. Onlar əkin sahələmizdə çalışan kənd zəhmətkeşlərinə atəş açırlar. Bundan başqa, Tərtər rayonunun əkin sahələri Sərsəng və Madagiz su anbarlarından qidalanır. Suya ən çox ehtiyac olan mövsümdə ermənilər qəsdən suyun qarşısını bağlayıb əkin sahələrimizə ziyan vurmağa çalışırlar". 

    M.Məmmədov vurğulayıb ki, Ermənistan tərəfinin bu cəhdlərinə baxmayaraq, Tərtər sakinləri əlini işdən ayırmırlar: "Bildiyiniz kimi, Tərtər rayonu ötən il pambıqçılıq üzrə ölkədə birinci yeri tutdu. Bizim zəhmətkeşlərimiz bu il 27 sentner pambıq təhvil veriblər. Əgər ermənilər Sərsəng və Madagiz su anbarlarının qarşısını kəsməsələr bizim rayonda daha çox pambıq becərmək olar. Biz bütün bunları ATƏT nümayəndələrinin diqqətinə çatdırdıq".

    Qeyd edək ki, bu gün Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriir. Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru keçirirlər.

    Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Yoviç və Martin Şuster keçirirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi