Yuxarı

​İcra başçısı: "Tərtərdə 17 yaşayış məntəqəsinə 280-dən çox mərmi düşüb" - FOTO

Ermənilər yalnız dinc sakinlərə ziyan vurmağa və onların kütləvi qırılmasına çalışır

Tərtər. 11 may. REPORT.AZ/ "Tərtər rayonunun 17 yaşayış məntəqəsinə 280-dən çox ağır artilleriya qurğularından atılan mərmi düşüb". "Report"un Qarabağ bürosunun məlumatına görə, bunu Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinə cəbhədə son vəziyyətlə bağlı məlumat verərkən deyib.

İcra başçısı bildirib ki, həmin ərazilərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları tərəfindən 59 ədəd partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib: "Agentliyin əməkdaşları hazırda cəbhəboyu kəndlərdə axtarış və ərazilərin minalardan təmizlənməsi tədbirlərini həyata keçirirlər".

M.Məmmədov həmçinin vurğulayıb ki, Ermənistan hərbi birləşmələri dinc vətəndaşları hədəfə alıb: "Ermənilər cəbhəboyu kəndləri və yaşayış məntəqələrini, əkin-biçin və suvarılma vaxtı kənd təsərrüfatı sahələrini mütəmadi atəşə məruz qoyurlar. Onlar ağır artilleriya qurğuları ilə yanaşı, beynəlxalq səviyyədə qadağan olunan zəhərli silahlardan da istifadə edirlər. Ötən gün ermənilərin ağ fosfor mərmisindən istifadə etməsi bir daha göstərdi ki, onlar yalnız dinc sakinlərə ziyan vurmağa və onların kütləvi qırılmasına çalışır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi