Yuxarı
    Bağlamaq

    Hikmət Hacıyev: "Rəsmi Bakı Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ilə bağlı Minsk qrupundan təklif gözləyir"

    Dinlə
    Azərbaycan münaqişənin həlli ilə bağlı danışıqları yalnız Ermənistan rəhbərliyi ilə davam etdirmək niyyətindədir

    Bakı. 23 iyul. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı ATƏT-in Minsk qrupundan təkliflər gözləyirik. Azərbaycan ümumilikdə substantiv danışıqların aparılmasının tərəfdarıdır".

    "Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev brifinqdə jurnalistlərə deyib.

    Onun sözlərinə görə, rəsmi Bakı işğal altında olan Azərbaycan ərazilərində yaradılmış separatçı rejimi danışıqlarda tərəf kimi qəbul etmir.

    "Rəsmi Bakı münaqişənin həlli ilə bağlı danışıqları yalnız Ermənistan rəhbərliyi ilə davam etdirmək niyyətindədir", - o əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi