Hikmət Hacıyev: "Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar ətraflı müzakirə olunub"

Hikmət Hacıyev: "Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar ətraflı müzakirə olunub" Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Əndrü Sxofer - ABŞ) vasitəçiliyi ilə Brüsseldəki ilk görüşündə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib. Görüş 4 saata yaxın müddət ərzində davam edib. Bundan əvvəl xarici işlər naziri Elmar Məmmədyarov ilə həmsədrlər arasında ayrıca görüş keçirilib.
Qarabağ
12 İyul , 2018 02:03
Hikmət Hacıyev: Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar ətraflı müzakirə olunub
Hikmət Hacıyev

Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Əndrü Sxofer - ABŞ) vasitəçiliyi ilə Brüsseldəki ilk görüşündə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib. Görüş 4 saata yaxın müddət ərzində davam edib. Bundan əvvəl xarici işlər naziri Elmar Məmmədyarov ilə həmsədrlər arasında ayrıca görüş keçirilib.

"Report" Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O, qeyd edib ki, görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub və mövcud danışıqlar formatının davam etdirilməsi qeyd olunub: "Həmçinin, danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb".

Son xəbərlər

Orphus sistemi