Hikmət Hacıyev: "Azərbaycan Ermənistana kifayət qədər güzəştlər edib"

Hikmət Hacıyev: "Azərbaycan Ermənistana kifayət qədər güzəştlər edib" Hikmət Hacıyev: "İlk növbədə, Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır"
Qarabağ
23 İyul , 2018 15:21
Hikmət Hacıyev: Azərbaycan Ermənistana kifayət qədər güzəştlər edib
Report
0 : 00
0 : 00

Bakı. 23 iyul. REPORT.AZ/ "Ermənistan prezidentinin Azərbaycanın güzəştlər təklif edə biləcəyi ilə bağlı bəyanatı həqiqətə ziddir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev brifinqdə jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycanın 25 ildir münaqişənin həlli üzrə danışıqlar prosesini dəstəkləməsi elə böyük güzəştdir.

"İlk növbədə, Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır. Status-kvo dəyişdirilməlidir. Yalnız bu halda məsələnin siyasi həllinə və regionda sülhə nail olmaq mümkündür", - H.Hacıyev bildirib.

Son xəbərlər

Orphus sistemi