Hikmət Hacıyev: "Azərbaycan ərazilərinin işğalda saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verməyəcək"

Hikmət Hacıyev: "Azərbaycan ərazilərinin işğalda saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verməyəcək" Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz.
Qarabağ
31 Avqust , 2018 11:32
Hikmət Hacıyev: Azərbaycan ərazilərinin işğalda saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verməyəcək
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev / Report
0 : 00
0 : 00

Bakı. 31 avqust. REPORT.AZ/ "Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Qubadlı rayonunun işğalının 25-ci ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O vurğulayıb ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğala əsaslanan status-kvonun dəyişdirilməsi münaqişənin siyasi həlli və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər: "Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində səylərin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır".

Son xəbərlər

Orphus sistemi