“Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərə qayğısı” mövzusunda tədbir keçirilib

“Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərə qayğısı” mövzusunda tədbir keçirilib Tədbir iştirakçıları Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərlə göstərdiyi qayğıdan bəhs edən fotosərgiyə baxıblar
Qarabağ
22 Avqust , 2014 11:42
“Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərə qayğısı” mövzusunda tədbir keçirilib
Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərə qayğısı” mövzusunda tədbir keçirilib. Bu barədə Report-a Fondan bildirilib.

Tədbirdə Prezident Administrasiyasının, Nazirlər Kabineti Aparatının nümayəndələri, Milli Məclisin deputatları, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları, komitənin əməkdaşları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərlə göstərdiyi qayğıdan bəhs edən fotosərgiyə baxıblar.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək Fondun yaranması, fəaliyyəti, gördüyü işlər barədə danışıb.

Sonra Heydər Əliyev Fondunun fəaliyyəti haqqında film nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi