Yuxarı
    Bağlamaq

    “Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərə qayğısı” mövzusunda tədbir keçirilib

    Tədbir iştirakçıları Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərlə göstərdiyi qayğıdan bəhs edən fotosərgiyə baxıblar

    Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərə qayğısı” mövzusunda tədbir keçirilib. Bu barədə Report-a Fondan bildirilib.

    Tədbirdə Prezident Administrasiyasının, Nazirlər Kabineti Aparatının nümayəndələri, Milli Məclisin deputatları, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları, komitənin əməkdaşları iştirak ediblər.

    Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərlə göstərdiyi qayğıdan bəhs edən fotosərgiyə baxıblar.

    Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək Fondun yaranması, fəaliyyəti, gördüyü işlər barədə danışıb.

    Sonra Heydər Əliyev Fondunun fəaliyyəti haqqında film nümayiş etdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi