Yuxarı

Hərbi Prokurorluq: Xocalıda soyqırım törədənlər barəsində cinayət işlərinə xüsusi istintaq şöbəsində baxılır

39 nəfər cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəmələr tərəfindən barələrində həbs qətimkan tədbiri seçilərək axtarışa veriliblər

Bakı. 17 fevral. REPORT.AZ/ "Xocalıda soyqrım törədənlərdən indiyədək 39 nəfər cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəmələr tərəfindən barələrində həbs qətimkan tədbiri seçilərək axtarışa veriliblər. Bundan başqa, həmin cinayətləri törətməkdə şübhəli olan 231 nəfər şəxsin tam anket məlumatlarının müəyyən edilməsi və onların gizləndiyi yerlərin müəyyənləşdirilməsi məqsədilə istintaq-əməliyyat tədbirləri davam etdirilir". "Report"un məlumatına görə, bunu Azərbaycan Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi Rauf Məmmədov Milli Məclisdə "Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində" mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O bildirib ki, 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Xocalıda törədilən vəhşiliklərlə bağlı cinayət işi 1992-ci il fevral ayının 27-də o vaxt mövcud olan Qarabağ Rayonlararası Prokurorluğu tərəfindən başladılıb: "Həmin cinayət işinin istintaqı ilə bağlı 2002-ci il dekabrın 18-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və keçmiş Milli Təhlükəsizlik Nazirliyi birgə istintaq-əməliyyat qrupu yaradıb. Bütün cinayət işləri bir icraatda birləşdirilib. 2005-ci ilin may ayında həmin cinayət işinin istintaqına nəzarət Respublika Hərbi Prokurorluğuna həvalə edildikdən sonra həmin ilin iyul ayında cinayət işləri sülh və insanlıq əleyhinə və müharibə cinayətlərinə tövsif edilərək hazırda Respublika Hərbi Prokurorluğunda xüsusi istintaq şöbəsində istintaq edilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi