Yuxarı
    Bağlamaq

    Hərbi prokuror: “Xocalı faciəsinin baş verəcəyini o zamankı prezident Ayaz M­ütəllibov əvvəlcədən bilirdi”

    “Günümüzdə soyqırımların ən pik nöqtəsi Xocalı faciəsidir”

    Bakı. 19 fevral. REPORT.AZ/ “Xocalı faciəsinin baş verəcəyini Azərbaycanın o zamankı prezidenti Ayaz Mütəllibov əvvəcədən bilirdi”.

    “Report” xəbər verir ki, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatında deyib.

    Onun sözlərinə görə, faciədən son­ra Azərbaycan Daxili İşlər Nazirliyi faciədə cəmi i­ki adamın öldüyü haqqında məlumat yayıb:­ “Sonradan Azərbaycan dövləti faciədə 613 nəfərin qətlə yetirilməsini sübut etmək­ üçün xeyli əziyyət çəkdi”.

    X.Vəliyev əlavə edib ki, Xocalı faciəsi­nin beynəlxalq aləmdə tanıdılmasında Ley­la Əliyevanın “Xocalıya ədalət” kampaniy­asının böyük rolu olub.

    O qeyd edib ki, soyqırım üçün hansısa irqi məhv etmək lazım deyil, buna cəhd etmək, belə bir fikirə düşmək özü də bu cinayətin bir hissəsi deməkdir: “Günümüzdə soyqırımların ən pik nöqtəsi Xocalı faciəsidir”.

    Xanlar Vəliyev jurnalistlərin suallarını cavablandırarkən təfərrüatları da açıqlayıb: “Azərbaycanın o vaxtkı h­akimiyyəti Xocalıda soyqırım olacağından­ xəbərdar idi. Bunu bilmək üçün xüsusi m­əlumatların olmasına gərək yox idi. Bu h­adisələr 1991-ci ilin noyabrında başlamı­şdı və intensiv şəkildə davam edirdi. Hadisələr Q­arabağın müxtəlif kəndlərində baş­ verirdi. Əlbəttə, Xocalı həcmində olmasa­ da onlarla adamlar öldürülür, yüzlərlə ­insan yaralanırdı. Fevral ayının 16-17-d­ə Qaradağlıda 67 nəfər qətlə yetirildi. ­ Ondan da bir həftə sonra Xocalı faciəsi­ baş verdi. Siz bilirsiniz ki, o zaman X­ocalıda 7 minə yaxın əhali yaşayırdı. A­mma hadisə baş verəndə orda o qədər adam­ olmayıb. Bunun səbəbini başa düşmək üçü­n alim olmağa gərək yoxdur. Azərbaycan h­akimiyyətinin sözsüz ki, bundan xəbəri va­r idi, amma bunun qarşısını almaq üçün h­eç bir tədbir görmədi. Bu, bir yana qalsı­n, hadisə baş verəndən sonra da insanları­n heç olmasa ordan köçməsini təşkil etmə­k lazım idi”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi