Hərbi ekspert: "Azərbaycanın hərbi gücü artır"

Hərbi ekspert: "Azərbaycanın hərbi gücü artır" Aleksandr Pereciyev: "Ermənistan destruktiv mövqe tutur və bu, Azərbaycanı qəti addımlar atmağa sövq edir"
Qarabağ
2 Aprel , 2018 12:16
Hərbi ekspert: Azərbaycanın hərbi gücü artır

Moskva. 2 aprel. REPORT.AZ/ "Hərbi komponentlər barədə danışırıqsa, Azərbaycanın hərbi gücünün daha da artmasını demək olar. Azərbaycan rəhbərliyi ölkənin hərbi gücü artırılmadan Dağlıq Qarabağ münaqişəsinin həllinin qeyri-mümkün olduğunu başa düşür".

Bunu "Report"un Rusiya bürosuna rusiyalı hərbi ekspert, Rusiya İqtisad Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev deyib.

"Ermənistan tərəfi Azərbaycana bir qarış torpaq vermədən işğal olunmuş bütün ərazilərin əldə saxlanmasına çalışır. Bu, əlbəttə ki, destruktiv mövqedir və Azərbaycanı qəti addımlar atmağa sövq edir. Hətta Moskvada da bunu anlayırlar və kompromis tapılmasını istəyirlər", - A.Perenciyev bildirib.

O qeyd edib ki, Rusiya Qərb ilə qarşıdurma halında son müttəfiqlərini də itirmək istəmədiyindən onun mövqeyi olduqca mürəkkəbdir.

"Buna baxmayaraq, Kreml bir neçə dəfə ikinci şəxslər səviyyəsində ermənilərə güzəştə getməli olduqlarına dair işarələr edib. Nə qədər ki, Rusiya Ermənistanla hərbi ittifaqlarda olacaq, o vaxta qədər Moskva tərəfindən Yerevana ciddi təzyiq olmayacaq", - hərbi ekspert vurğulayıb.

Son xəbərlər

Orphus sistemi