Yuxarı
    Bağlamaq

    Hərbi attaşelərin Bakı Assosiasiyası üzvlərinin növbəti toplantısı olub

    Toplantıda Assosiasiyanın daxili məsələləri müzakirə olunub və bir sıra qərarlar qəbul edilib

    Bakı. 26 aprel. REPORT.AZ/ Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Bakı şəhərindəki Assosiasiyasının növbəti toplantısı keçirilib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən bildirilib.

    Toplantıda Assosiasiyanın daxili məsələləri müzakirə olunub və bir sıra qərarlar qəbul edilib.
    Bundan əlavə, Assosiasiyanın üzvlərinə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki cari vəziyyət barədə danışılıb, Ermənistan silahlı bölmələri tərəfindən atəşkəs rejiminin aramsız pozulmasını əks etdirən materiallar, eləcə də məsələyə dair Azərbaycan hökumətinin rəsmi mövqeyi və Müdafiə Nazirliyinin məlumatı təqdim olunub. 

    Müdafiə nazirinin təsdiq etdiyi Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin 2016-cı il üçün Tədbirlər Planına əsasən, növbəti fəaliyyətlərin həyata keçirilməsinin gedişi müzakirə edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi