Yuxarı
    Bağlamaq

    Hənəfi Rəis: "İndoneziya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmağa hazırdır"

    İndoneziya Ermənistan-Azərbaycan münaqişəsinin diplomatiya yolu ilə silah istifadə etmədən həllinin tərəfdarıdır

    Bakı. 2 noyabr. REPORT.AZ/ "İndoneziyanın Xalq Məşvərət Məclisi (XMM) Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmağa hazırdır".

    "Report" xəbər verir ki, bunu XMM-nin sədri Hənəfi Rəis İndoneziyaya səfər edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdə deyib.

    H.Rəis əlavə edib ki, İndoneziya Ermənistan-Azərbaycan münaqişəsinin diplomatiya yolu ilə, silah istifadə etmədən həllinin tərəfdarıdır.

    "Münaqişə hər iki tərəf üçün dağıdıcıdır. Yaxın zamanda münaqişə həll olunmasa, o, yenidən qızışa bilər", - deyə İndoneziyanın qanunvericilik orqanının spikeri bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi