​Həmsədrlər Xankəndidə olub

​Həmsədrlər Xankəndidə olub Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi müzakirə edilib
Qarabağ
27 Oktyabr , 2015 12:19
​Həmsədrlər Xankəndidə olub

Bakı. 27 oktyabr. REPORT.AZ/ ATƏT-n Minsk Qrupunun həmsədrləri bu gün Azərbaycanın işğal altında olan Xankəndi şəhərində səfərdə olub.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, həmsədrlər Ceyms Uorlik (ABŞ), Pyer Andrye (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Boko Saakyanla görüşüblər.

Görüşdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində münaqişəsinin tənzimlənməsi haqqında danışıblar.

Son xəbərlər

Orphus sistemi