Bakı. 19 aprel. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri təşkilatın fəaliyyətdə olan sədrinə Dağlıq Qarabağ münaqişəsi zonasındakı bu yaxınlarda aparılan hərbi əməliyyatlar və hazırkı vəziyyətə dair hesabat təqdim edəcəklər.
"Report" xəbər verir ki, bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "twitter" səhifəsində yazıb.
O bildirib ki, həmsədrlər bu məqsədlə aprelin 20-də qurumun Berlindəki ofisində olacaqlar.