​Həmsədrlər Ermənistan XİN başçısı ilə görüşüb

​Həmsədrlər Ermənistan XİN başçısı ilə görüşüb Görüşdə münaqişənin tənzimlənməsi ilə bağlı məsələlər müzakirə edilib
Qarabağ
26 Oktyabr , 2015 16:10
​Həmsədrlər Ermənistan XİN başçısı ilə görüşüb

Bakı. 26 oktyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlər müzakirə edilib.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 27-də Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin təmas xəttini qarşı tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi