Həmsədr azərbaycanlı deputatlar ilə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edib

Həmsədr azərbaycanlı deputatlar ilə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edib Ceyms Uorlik Vaşinqtonda Səməd Seyidov və Asim Mollazadə ilə görüşüb
Qarabağ
4 Fevral , 2015 11:03
Həmsədr azərbaycanlı deputatlar ilə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edib

Bakı. 4 fevral. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda azərbaycanlı deputatlar Səməd Seyidov və Asim Mollazadə ilə görüşüb. "Report" C.Uorlikin twitter səhifəsinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini müzakirə ediblər. 

Qeyd edək ki, S.Seyidov və A.Mollazadə "The Washington Times" tərəfindən təşkil olunan Azərbaycan və ABŞ ikitərəfli münasibətlərinə dair konfransda iştirak etmək üçün Vaşinqtona səfər ediblər. 

Son xəbərlər

Orphus sistemi