Həmsədrlər Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşlərinin yekunlarına dair bəyanat yayıblar

Həmsədrlər Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşlərinin yekunlarına dair bəyanat yayıblar Bakı. 16 noyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə noyabrın 14-də və 16-da keçirdikləri görüşlərin yekunlarına dair bəyanat yayıblar.
Qarabağ
16 Noyabr , 2017 18:00
Həmsədrlər Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşlərinin yekunlarına dair bəyanat yayıblar

Bakı. 16 noyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə noyabrın 14-də və 16-da keçirdikləri görüşlərin yekunlarına dair bəyanat yayıblar.

"Report"un məlumatına görə, birgə bəyanatda vasitəçilər bildiriblər ki, xarici işlər nazirləri ilə görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanın arasında 2017-ci il oktyabrın 16-da Cenevrə görüşü zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə konkret addımlar, eləcə də həmsədrlər tərəfindən Cenevrədə qaldırılmış məsələlər müzakirə olunub.

"Nazirlər 2017-ci ilin dekabr ayında Vyanada ATƏT-in Xarici İşlər Nazirləri Şurası çərçivəsində görüş keçirməyə razılıq veriblər. Həmsədrlər bu görüşün gündəliyini hazırlayacaq. Bura siyasi nizamlanmanın əsas məsələləri, eləcə də təmas xəttində gərginliyin azaldılması üçün konkret addımlar daxil olacaq. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin fəaliyyətinin genişləndirilməsi məsələsinə xüsusi diqqət ayrılacaq", - bəyanatda deyilir.

Son xəbərlər

Orphus sistemi