Elmar Məmmədyarov: "Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün gündəliyini müzakirə edəcəklər"

Elmar Məmmədyarov: "Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün gündəliyini müzakirə edəcəklər" ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 7-də Bakıya gələcəklər
Qarabağ
3 Oktyabr , 2017 14:14
Elmar Məmmədyarov: Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün gündəliyini müzakirə edəcəklər
Report/ Elshan Baba

Bakı. 3 oktyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 7-də Bakıya gələcəklər.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 3-də keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, vasitəçilər regiona səfərlərinə oktyabrın 6-da Yerevana getməklə başlayacaq və sonradan Bakıya gələcəklər: "Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində dövlət başçılarının qarşıdakı görüşünün gündəliyini prezidentlərlə müzakirə etmək üçün gəlirlər. Biz nəticə verəcək substantiv məntiqi danışıqlar aparılması ideyasına sadiqik". 

Son xəbərlər

Orphus sistemi