Yuxarı

Həmsədrlər ATƏT-in Minsk qrupunun üzvlərini Qarabağla bağlı məlumatlandıracaqlar

Ceyms Uorlik: ATƏT-in Minsk qrupu üzvlərinin görüşü Vyanada baş tutacaq

Bakı. 13 fevral. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri qrup üzvlərini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi haqqında məlumatlandıracaqlar. 

"Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "twitter" səhifəsində yazıb. 

O qeyd edib ki, ATƏT-in Minsk qrupu üzvlərinin görüşü Vyanada baş tutacaq, bundan sonra həmsədrlər regiona yollanacaq və münaqişənin həlli ilə bağlı danışıqları davam etdirəcəklər 

Qeyd edək ki, fevralın 16-da həmsədrlər Bakıda görüşlər keçirəcək, fevralın 17-də isə İrəvana gedəcəklər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi