Yuxarı

Həmsədrlər ATƏT-in Minsk qrupunu təmas xəttində baş verən insidentlər barədə məlumatlandıracaq

Görüş Vyanada keçirələcək

Bakı. 31 mart. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə həmsədrləri Minsk qrupunun digər üzvlərini danışıqlar prosesinin gedişi və  təmas xəttindəki insidentlər barədə məlumatlandıracaq. "Report" xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz twitter səhifəsində yazıb. 

"Minsk qrupunun üzvlərinə təmas xəttində zorakılıq hallarının artması və həyata keçirilən vasitəçilik səyləri haqqında məlumat vermək üçün bu gün Vyanaya gəldim. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi prioritet olmalıdır", - C.Uorlik yazıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi