Yuxarı
    Bağlamaq

    Həmsədrlər: "ATƏT-in Minsk qrupu danışıqlar üçün yeganə məqbul format olaraq qalır"

    Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq qalanlarla birgə işləməyə hazırıq

    Bakı. 22 yanvar. REPORT.AZ/ "ATƏT-in Minsk qrupunun həmsədrləri "Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması yolunda göstərilən səyləri alqışlayır və problemin sülh yolu ilə nizamlanmasına sadiq olanlarla birgə işləməyə hazır olduğunu bildirir".

    "Report" xəbər verir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda belə deyilir.

    "Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaxın gələcəkdə münaqişə ilə bağlı qətnaməni nəzərdən keçirə biləcəyini anlayırıq. AŞPA-ya, eləcə də digər regional və beynəlxalq təşkilatlara xatırladırıq ki, ATƏT-in Minsk qrupu danışıqlar üçün yeganə məqbul format olaraq qalır. AŞPA üzvlərinin marağını qiymətləndiririk və onları ATƏT-in Minsk qrupunun mandatını pozacaq addımlar atmamağa və ya davam edən danışıqları mürəkkəbləşdirməməyə çağırırıq", - deyə bəyanatda qeyd olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi