Yuxarı

Həmsədr: "Dağlıq Qarabağın statusu müqabilində ərazilərin bir hissəsinin Azərbaycana qaytarılması nəzərdə tutulur"

Bundan qazanan region əhalisi olacaq

Bakı. 11 sentyabr. REPORT.AZ/ Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması Dağlıq Qarabağa status verilməsi müqabilində ərazilərin bir hissəsinin Azərbaycana qaytarılmasını nəzərdə tutur.

"Report" xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "İnterfax"a müsahibəsində bildirib.

Agentliyin "sizcə bu mübahisə öz həllini tapa bilərmi?" sualına həmsədr "əlbəttə" deyə cavab verib:

"Əlbəttə. Nizamlanma Dağlıq Qarabağa status verilməsi müqabilində ərazilərin bir hissəsinin Azərbaycana qaytarılmasını nəzərdə tutur. Bu nizamlanmanın şərtləri idi, lakin yeganə şərti deyildi. Qaçqınların qayıtması, beynəlxalq sülhməramlı qüvvələrin iştirakı da var. Bütün bu elementlər sülh yolu ilə nizamlanmanın şərtləridir və onların hamısı məlumdur. Bizə bütün bu şərtlərin birləşdirilməsi üsulunu tapmaq və sülh yolu ilə nizamlanmaya nail olmaq üçün tərəflərlə işləmək lazımdır, bundan qazanan region əhalisi olacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi