Həmməruzəçi: "ATƏT PA Cənubi Qafqazdakı münaqişələrdən əziyyət çəkən insanların hüquqlarının təminatı üzrə səylərini artırmalıdır"

Həmməruzəçi: "ATƏT PA Cənubi Qafqazdakı münaqişələrdən əziyyət çəkən insanların hüquqlarının təminatı üzrə səylərini artırmalıdır" Bakı. 4 iyul. REPORT.AZ/ Xarici hərbi işğal altında olan ərazilərdə, xüsusən Cənubi Qafqazdakı münaqişə zonalarında insan hüquqlarının icrası təmin edilməlidir.
Qarabağ
4 İyul , 2018 12:50
Həmməruzəçi: ATƏT PA Cənubi Qafqazdakı münaqişələrdən əziyyət çəkən insanların hüquqlarının təminatı üzrə səylərini artırmalıdır
0 : 00
0 : 00

Bakı. 4 iyul. REPORT.AZ/ "Xarici hərbi işğal altında olan ərazilərdə, xüsusən Cənubi Qafqazdakı münaqişə zonalarında insan hüquqlarının icrası təmin edilməlidir".

"Report" xəbər verir ki, bu barədə ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə Komitəsinin həmməruzəçisi Kiriakos Kiriaku-Hadjiyanninin (Kipr) məqaləsində deyilir.

Onun sözlərinə görə, Suriya, Ukrayna və Cənubi Qafqaz kimi münaqişəli zonalarda beynəlxalq humanitar hüququn dəstəklənməsi haqqında düşünmək lazımdır.

O, ümumiyyətlə, xarici hərbi işğal altında olan ərazilərdə insan hüquqlarının icrasının təmin edilməsinin vacibliyini vurğulayıb.

Həmməruzəçi bildirib ki, regionlarda hadisələr nəzərə alınmaqla ATƏT PA və deputatlar beynəlxalq hüquq və standartlara uyğun olaraq, qaçqın və miqrantların müdafiəsinin təmin olunması üzrə səylərini artırmalıdırlar.

Son xəbərlər

Orphus sistemi