Yuxarı

Həlli uzadılmış münaqişələrin nizamlanması İstanbulda müzakirə olunacaq

Ümumdünya Humanitar Sammitində təxminən altı min nümayəndə iştirak edəcək

Bakı. 3 may. REPORT.AZ/ Mayın 23-24-də İstanbulda Ümumdünya Humanitar Sammiti keçiriləcək. Sammitdə təxminən altı min nümayəndə, o cümlədən BMT-yə üzv 80 ölkənin yüksək səviyyəli rəsmiləri iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavinin Stiven O`Brayen Nyu Yorkda jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, Ümumdünya Humanitar Sammitinin keçirilməsi bu gün dünyada həlli uzadılmış münaqişələr, təbii fəlakətlər və digər böhranlar səbəbindən misli görünməmiş sayda insanın əziyyət çəkməsiylə əlaqədardır.

Stiven O`Brayen bu gün 125 milyondan artıq insanın təcili yardıma və müdafiəyə ehtiyacı olduğunu, təxminən 60 milyon insanın məcburi köçkün olduğunu, hər il 218 milyon insanın təbii fəlakətlərin qurbanı olduğunu xatırladıb.

Onun sözlərinə görə, Sammitdə yüksək səviyyəli görüşün gedişində humanitar fəaliyyət sahəsində beş əsas istiqamət müzakirə olunacaq: münaqişələrin qarşısının alınması və dayandırılması məsuliyyətinin təmin edilməsi; müharibə qanunlarına riayət edilməsi; ehtiyacı olanların hamısına yardımın təmin edilməsi; insanların yardıma ehtiyacı olmayacaq şəraitin yaradılması; humanitar fəaliyyətin gücləndirilməsi məqsədilə investisiyaların artımı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi