Ceyms Uorlik: "Hələlik Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi haqqında razılıq əldə olunmayıb"

Ceyms Uorlik: "Hələlik Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi haqqında razılıq əldə olunmayıb" "Ərazilərin qaytarılması müzakirə olunan əsas məsələlərdən biridir"
Qarabağ
22 Oktyabr , 2016 11:53
Ceyms Uorlik: Hələlik Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi haqqında razılıq əldə olunmayıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ "Hələlik Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi haqqında razılıq əldə olunmayıb. Azərbaycan Prezidenti artıq Serj Sarqsyanla görüşə hazır olduğunu bildirib. Biz bunu alqışlayırıq".  

"Report" xəbər verir ki, bu fikirləri jurnalistlərə Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

Vasitəçi vurğulayıb ki, belə görüşü təşkil etmək asan deyil, bunun üçün müəyyən vaxt tələb olunur. 

"Ərazilərin qaytarılması müzakirə olunan əsas məsələlərdən biridir", - deyə həmsədr vurğulayıb.

Son xəbərlər

Orphus sistemi