Prezident İlham Əliyev: "Heç bir kənar qüvvə Azərbaycana öz iradəsini diqtə edə bilmir"

Prezident İlham Əliyev: "Heç bir kənar qüvvə Azərbaycana öz iradəsini diqtə edə bilmir" "Bizim milli bayrağımız Şuşada, Xankəndidə qaldırılacaq"
Qarabağ
25 İyun , 2015 17:43
Prezident İlham Əliyev: Heç bir kənar qüvvə Azərbaycana öz iradəsini diqtə edə bilmir

Bakı. 25 iyun. REPORT.AZ/ "Bu gün müstəqil Azərbaycan uğurla, inamla inkişaf edir. Biz böyük uğurlara imza atmışıq. Ancaq bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdən ibarətdir. Mən əminəm ki, güclənən Azərbaycan buna da nail olacaq. Bizim milli bayrağımız Şuşada, Xankəndidə qaldırılacaq. Hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə yaxınlaşdırmalıdır".

"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və "N" saylı hərbi hissənin açılışı mərasimindəki çıxışında deyib.

Dövlət başçısı əminliklə bildirib ki, Azərbaycan xalqı öz tarixi torpaqlarını geri qaytaracaq. Bu gün heç bir kənar qüvvənin Azərbaycana öz iradəsini diqtə edə bilmədiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın öz yolu ilə getdiyini, xalqımızın öz taleyinin sahibi olduğunu deyib. Təmas xəttindəki vəziyyətdən danışan Ali Baş Komandan burada da Azərbaycan ordusunun tam üstünlük əldə etdiyini xatırladıb.

"Müstəqillik bizim ən böyük sərvətimizdir" deyən dövlət başçısı Azərbaycanın bütün uğurlarının əsasında məhz bu amilin dayandığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi