Bakı. 29 mart. REPORT.AZ/ “Hazırda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə ümid tamamilə qalmayıb”.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Avropa və Mərkəzi Asiya üzrə Böhran Qrupu proqramının rəhbəri Maqdalena Qrono martın 29-da Yerevanda keçirdiyi mətbuat konfransında bidlirib.
“Biz etimadın olmadığını görürük. Kimin ilk addımı atacağı aydın deyil. Hazırda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə ümid tamamilə qalmayıb. Əlbəttə, tərəflərin etimadını bərpa etmək üçün addımlar atılır. Ancaq bunun üçün müzakirə ediləcək davamlı platforma yoxdur”, - deyə o vurğulayıb.