Hadi Süleymanpur: "İran Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir"

Hadi Süleymanpur: "İran Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir" "Biz qonşularımızın dövlət sərhədlərində hansısa bir dəyişiklik etməsinə qarşıyıq"
Qarabağ
3 İyun , 2016 17:12
Hadi Süleymanpur: İran Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir

Bakı. 3 iyun. REPORT.AZ/ "İran Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir".

"Report" xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Hadi Süleymanpur "ADA" Universitetində keçirilən "dəyirmi masa"da deyib.

"Biz qonşularımızın dövlət sərhədlərində hansısa bir dəyişiklik aparmasına qarşı çıxış edirik. İran Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini dəstəkləyir", - deyə H.Süleymanpur bildirib.

Diplomatın sözlərinə görə, İran, həmçinin bu məsələ ilə bağlı İslam Əməkdaşlıq Təşkilatında (İƏT) fəal vasitəçi kimi çıxış edir. 

XİN başçısının müavini onu da vurğulayıb ki, rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir".

Son xəbərlər

Orphus sistemi