Yuxarı
    Bağlamaq

    Gürcüstan prezidenti tərəfləri Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırıb

    Marqvelaşvili: Ümid edirik ki, Ermənistan və Azərbaycan rəhbərliyi gərginliyin azaldılması üçün maksimum səy göstərəcək

    Bakı. 5 aprel. REPORT.AZ/ Gürcüstanın prezidenti Georgi Marqvelaşvili Ermənistan və Azərbaycan rəhbərliyini Dağlıq Qarabağda yaranan gərgin vəziyyəti sülh yolu ilə həll etmək üçün maksimum səy göstərməyə  çağırıb. 

    Bu barədə "Report" "TASS"a istinadən xəbər verir. 

    Müvafiq bəyanatı Gürcüstan prezidenti bu gün Tbilisidə NATO həftəsi çərçivəsində Gürcüstanda keçirilən Xalq Diplomatiyası Beynəlxalq Forumunda çıxışı zaman edib. 

    "Ümid edirik ki, Ermənistan və Azərbaycan rəhbərliyi gərginliyin azaldılması və beynəlxalq ictimaiyyətin fəal iştirakı ilə münaqişənin  sülh və diplomatik yollarla həll edilməsi üçün maksimum səy göstərəcək", - o bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi