​Gürcüstanın keçmiş müdafiə nazir: "Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz üçün təhlükədir"

​Gürcüstanın keçmiş müdafiə nazir: "Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz üçün təhlükədir" Vasil Sixarulidze: "Üçtərəfli əməkdaşlıq heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib"
Qarabağ
18 İyun , 2016 11:10
​Gürcüstanın keçmiş müdafiə nazir: Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz üçün təhlükədir

Bakı. 18 iyun. REPORT.AZ/ Azərbaycan, Gürcüstan və Türkiyənin hərbi sahədə əməkdaşlığı Ermənistana qarşı yönəlməyib.

"Report" xəbər verir ki, bunu Gürcüstanın sabiq müdafiə naziri və ABŞ-dakı keçmiş səfiri, hazırda Gürcüstan Atlantik Şurasına sədrlik edən Vasil Sixarulidze Ermənistan KİV-in Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü ilə bağlı sualına cavabında bildirib.

"Üçtərəfli əməkdaşlığın heç vaxt üçüncü tərəfə qarşı yönəlməməsi ilə tərəflər razıdır. Əməkdaşlığın əsas hədəfi vacib infrastruktur obyektlərin müdafiə olunmasıdır ", - deyə keçmiş müdafiə naziri söyləyib.

O, qeyd edib ki, Bakı - Tbilisi - Ankara, əsasən, energetika, nəqliyyat və ticarət sahələrində əməkdaşlığı inkişaf etdirir: "Bu əməkdaşlıq bölgənin təhlükəsizliyi və sabitliyinə yönəlib".

Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı mövcud münaqişədən danışan keçmiş səfir deyib ki, Dağlıq Qarabağ məsələsinin həll edilməməsi Cənubi Qafqazın təhlükəsizliyi və sabitliyi üçün təhdiddir: "20 ildən artıq müddətdir davam edən bu münaqişə Cənubi Qafqaz ölkələrinin hamısının inkişafına mənfi təsir edir və regional əməkdaşlığın inkişafına maneədir. Münaqişənin dinc yolla həlli Azərbaycan və Ermənistan üçün deyil, Gürcüstan üçün də vacib həyati əhəmiyyət daşıyır".

Son xəbərlər

Orphus sistemi