​Gürcüstan XİN: "Dağlıq Qarabağda keçirilən "seçki"ni tanımırıq"

​Gürcüstan XİN: "Dağlıq Qarabağda keçirilən "seçki"ni tanımırıq" Rəsmi Tbilisi: "Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində "seçkilər" beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır"
Qarabağ
4 May , 2015 15:45
​Gürcüstan XİN: Dağlıq Qarabağda keçirilən seçkini tanımırıq

Bakı. 4 may. REPORT.AZ/ Rəsmi Tbilisi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində keçirilən "seçki"ni tanımır. "Report" xəbər verir ki, bu haqda Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində keçirilən "parlament seçkiləri" beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır.

Gürcüstan XİN Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi istiqamətində tərəflərin səylərini artıracağına ümidvar olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi