Yuxarı
    Bağlamaq

    Günter Ottinger: "Qarabağ münaqişəsinin həlli Rusiyanın iştirakı olmadan mümkün deyil"

    Bakı. 1 iyun. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın iştirakı olmadan mümkün deyil".

    "Report" xəbər verir ki, bunu Avropa İttifaqının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger ADA Universitetində mühazirə deyərkən bildirib.

    Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsi Azərbaycan xalqı üçün həssas məsələdir: "Lakin Avropa Komissiyası onun həllində birbaşa iştirak etmir". 

    "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiyasız mümkün deyil. Amma biz də deyə bilmərik ki, onunla münasibətlərimiz yaxşıdır. Ukrayna, Krımda problemlər mövcuddur, həmçinin sanksiyalar var. Ona görə də Rusiyanın konstruktiv məcraya dönməsi vacibdir. Qarabağ münaqişəsi açıq və həll edilməmiş məsələ kimi qala bilməz", - o vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi