Dövlət Komitəsinin sədr müavini: “Ermənilərin Xocalıda həyata keçirdiyi ssenari İŞİD-in üslubu ilə eynidir”

Dövlət Komitəsinin sədr müavini: “Ermənilərin Xocalıda həyata keçirdiyi ssenari İŞİD-in üslubu ilə eynidir” Gündüz İsmayılov: “Bəlkə də bu ssenariləri yazanlar eyni qüvvəllərdir”
Qarabağ
24 Fevral , 2017 12:09
Dövlət Komitəsinin sədr müavini: “Ermənilərin Xocalıda həyata keçirdiyi ssenari İŞİD-in üslubu ilə eynidir”

Bakı. 24 fevral. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Xocalı soyqırımı - 25 il” adlı konfrans keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvləri, Azərbaycandakı müxtəlif dini konfessiyaların nümayəndələri, tələbələr və digərləri iştirak edib.

Əvvəllcə Xocalı soyqırımına həsr olunan videoçarx nümayiş olunub. 

DQİDK-nin sədr müavini Gündüz İsmayılov bildirib ki, Xocalı təkcə bir xalqın, bir dinə mənsub olanların məsələsi deyil: "Xocalı bütün insanlığın məsələsidir. Xocalı faciəsi yalnız azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir”.

O, Xocalı ilə bağlı Azərbaycan xalqının, xüsusilə gəncliyinin qarşısında duran vəzifələrdən danışıb. Komitə sədrinin müavini bildirib ki, Xocalı soyqırımını tanıyan ölkələrin sayı artmalıdır: “Xocalıya ədalət” kampaniyası dünya miqyasında keçirilir. Bu kampaniyanın ətrafında birləşənlərin də çoxu gənclərdir. Bu gün gənclərin əsas məqsədi dünyada Xocalı sıyqırımını tanıyan ölkələrin sayının artmasına çalışmaqdır.

İkinci hədəf Xocalıda insan qatili olanların, faciəni törədənlərin ədalət məhkəməsinə çıxarılmasını təmin etməkdir.

Üçüncü hədəf isə, o torpaqlara qayıtmaqadır. Xocalısız Xocalı faciəsinin dərdini çəkmək olmur. Biz mütləq Xocalıya qayıtmalıyıq. Ümummilli kədər milli özünüdərkə təkan verir. Bizi bütövləşdirən, bir edən 26 fevral tarixinə müqəddəs kədər tarixi kimi də baxıram”.

O bildirib ki, Xocalı faciəsi ilə ermənilər insanları qorxutmaq, onlara qorxu psixologiyasını təlqin etmək məqsədini qarşısına qoymuşdu: “Eynilə İŞİD-ın həyata keçirdiyi ssenari də bu cürdür. Bəlkə də bu ssenarini yazanlar da eyni qüvvəllərdir”.

Azərbaycandakı Alban-udi xristian dini icmasının sədri Robert Mobili deyib ki, 200 ildir ermənilər azərbaycanlılara qarşı Xocalı kimi soyqırımlar törədirlər: “Ermənilər Azərbaycan torpaqlarına yerləşdirildiyi gündən Xocalı kimi faciələr başladı. Ermənilər orada olan alban abidələrini də erməniləşdirdilər. Tarixi abidələri məhv etdilər”.

R.Mobili bildirib ki, Bakıda Xocalı soyqırımına həsr olunan muzey təşkil olunmalıdır ki, insanlar gəlib ora baxsınlar və faciənin dəhşətini dərk etsinlər: “Xocalı faciəsi ancaq 26 fevralda xatırlanmamalıdır”.

Qafqaz Müsəlmanları İdarəsinin sədrinin səlahiyyətli nümayəndəsi Şahin Həsənli bildirib ki, Xocalı soyqırımı Azərbaycan xalqı üçün mənəvi hadisəyə çevrilib: “Xocalı faciəsi etnik, dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan xalqının ortaq dərdidir. Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində qısa müddətdə xeyli iş görülüb. Amma təəssüf ki, bu gün dünyada söz sahibi olan ölkələr Xocalı hadisəsinə hüquqi qiymət verməyə tələsmir”.

Daha sonra çıxış edən digər dini icma nümayəndələri də erməni qəsbkərlarının Xocalıda törətdiyi vandalizmin dünyada çox nadir təsadüf olnan hadisələrdən olduğunu qeyd edib.  

Son xəbərlər

Orphus sistemi