Girovlarla bağlı cinayət işinin istintaqını Zakir Qaralov xüsusi nəzarətə götürüb

Girovlarla bağlı cinayət işinin istintaqını Zakir Qaralov xüsusi nəzarətə götürüb Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir
Qarabağ
30 Yanvar , 2015 16:57
Girovlarla bağlı cinayət işinin istintaqını Zakir Qaralov xüsusi nəzarətə götürüb

Bakı. 30 yanvar. REPORT.AZ/ Erməni girovluğunda olan azərbaycanlılarla bağlı cinayət işinin istintaq Azərbaycan baş prokurorunun xüsusi nəzarətinə götürülüb. “Report”un xəbərinə görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

Məlumatda bildirilib ki, 2014-cü ilin iyul ayında Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunun ərazisində olarkən, münaqişə tərəfinin silahlı qüvvələrinin tərkibinə daxil olmayan və bilavasitə döyüş əməliyyatında iştirak etməyən mülki şəxslər olmalarına baxmayaraq, işğalçı dövlətin hərbiçiləri tərəfindən əsir götürülərək onlara işgəncələr verilməsi, beynəlxalq hüquq normalarına qəsdən zidd olaraq həbs edilib prosessual hüquqlardan məhrum edilməklə Həsən Həsənovun odlu silahla qəsdən öldürülməsi, Şahbaz Quliyev və Dilqəm Əsgərovun barəsində isə heç bir dövlət tərəfindən tanınmayan, qondarma “Dağlıq Qarabağ Respublikası” adından saxta ittihamlar irəli sürülərək hökm çıxarılması faktları üzrə Kəlbəcər rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 115.2 (Müharibə qanunlarını və adətlərini pozma), 115.4, 116.0 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və 116.0.18-ci maddələri ilə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi