​German Sterliqov: "Biz Rusiyada yaşamaq istəyirik"

​German Sterliqov: "Biz Rusiyada yaşamaq istəyirik" Azərbaycanın "qara siyahı"ya daxil etdiyi rusiyalı iş adamı Moskvaya səfər edib
Qarabağ
16 İyul , 2015 12:36
​German Sterliqov: Biz Rusiyada yaşamaq istəyirik

Bakı. iyul 16. REPORT.AZ/ Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etdiyinə görə "qara siyahı"ya daxil edilən rusiyalı iş adamı German Sterliqov Moskvaya gəlib. Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

G. Streliqov qeyd edib ki, o, bir neçə günlük "kəşfiyyat" üçün Qarabağdan Moskvaya gəlib. Onun sözlərinə görə, yaxın günlərdə o, bir sıra görüşlər keçirəcək və həmin görüşlərin nəticəsində onun ailəsi ilə birlikdə Rusiyaya qayıdıb-qayıtmayacağı aydın olacaq.

"Mən bir neçə gün Rusiyada qalmağı, sonra isə geri, ailəmin yanına Dağlıq Qarabağa qayıtmağı planlaşdırıram. Bu bir neçə günün burada necə keçəcəyindən asılı olaraq, ailəmlə birlikdə Rusiyaya qayıtmaq barədə qərar qəbul edəcəyik. Biz Rusiyada yaşamaq istəyirik, çünki biz ruslarıq və bura çox xoşumuza gəlir", - Sterliqov bildirib.

Sterliqovların Dağlıq Qarabağa köçməsi ilə bağlı məlumat iyulun 6-da yayılıb. Qalmaqallı iş adamı bildirib ki, Dağlıq Qarabağa köçmək qərarı onun ailəsinin ünvanına dəfələrlə edilən hədələrdən sonra qəbul olunub.

Xatırladaq ki, Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etdiyinə görə G. Sterliqov Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər siyahısına" daxil edilib.

Son xəbərlər

Orphus sistemi