Bakı. 10 dekabr. REPORT.AZ/ Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Gerbert Zalber cümə günü Vyanada Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanla görüşüb.
"Report" Ermənistanın xarici siyasət idarəsinə istinadən xəbər verir ki, görüşdə Vyana və Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzrə addımlar müzakirə olunub.
G.Zalber münaqişənin sülh yolu ilə həllinə alternativin olmadığını və Aİ-nin ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyini bildirib.