Yuxarı
    Bağlamaq

    ​Gerbert Zalber: "Aİ Minsk qrupu formatında Dağlıq Qarabağ üzrə danışıqların fəallaşmasına öz töhfəsini verməyə hazırdır"

    Aİ münaqişənin yalnız sülh yolu ilə həllində Minsk qrupunun aparıcı rolunu tanıyır

    Bakı. 11 may. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Gerbert Zalber ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə göstərdiyi səyləri dəstəklədiyini bildirib.

    "Report" xəbər verir ki, o bu bəyanatla Ermənistanda keçirdiyi görüşlərin yekununda çıxış edib.

    "Aİ Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun aparıcı rolunu tanıyır və danışıqların fəallaşmasına bu formatda öz töhfəsini verməyə hazırdır", - deyə o bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi