Gennadi Burbulis: "Dağlıq Qarabağ məsələsində ədalətin təntənəsi olmalıdır"

Gennadi Burbulis: "Dağlıq Qarabağ məsələsində ədalətin təntənəsi olmalıdır" "Rusiya bu məsələdə razılığa gəlinməsi və sülh əldə edilməsi üçün hər cür səy göstərəcək"
Qarabağ
17 Mart , 2017 13:18
Gennadi Burbulis: Dağlıq Qarabağ məsələsində ədalətin təntənəsi olmalıdır
Courtesy İmage

Bakı. 17 mart. REPORT.AZ/ "Dağlıq Qarabağ məsələsində ədalətin təntənəsi olmalıdır. Bizdən tərəflər arasında dialoqu davam etdirmək üçün yeni alətlər təqdim etmək tələb olunur".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın keçmiş baş nazir köməkçisi Gennadi Burbulis deyib.

Onun sözlərinə görə, daim ədalətli tələblər irəli sürmək mümkün deyil.

"Erməni tərəfini beynəlxalq hüququ pozan tərəf kimi yox, bu gün razılığa hazır olmayan fərdlərdən və müəyyən hakimiyyət subyektlərindən ibarət tərəf kimi qəbul etmək lazımdır", - o bildirib.

Rusiyanın keçmiş baş nazirinin köməkçisi ölkəsinin və özününü sülh və əmin amanlıq əldə olunması üçün müəyyən mövqe tapılmasına hər cür səy göstərəcəyini xüsusi qeyd edib.

Son xəbərlər

Orphus sistemi