Yuxarı
    Bağlamaq

    General-mayor Zaur Abdullayev: "Xocalı faciəsi xüsusi amansızlıqla törədilib"

    ​Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Xocalı faciəsinin 25-ci il dönümü qeyd edilib

    Bakı. 24 fevral. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib. 

    SHXÇDX-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, öncə Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib.

    Mərasimi giriş sözü ilə açan Xidmət rəisinin birinci müavini general-mayor Zaur Abdullayev Xocalı faciəsinin xüsusi amansızlıqla törədildiyini bildirib: “Xocalını işğal edən erməni silahlı dəstələri dinc əhalini vəhşicəsinə məhv edərək soyqırım törədiblər. İşğal zamanı 106 nəfər qadın, 63 nəfər uşaq olmaqla 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyildir. Xocalının 487 sakini əlil edilmiş, o cümlədən yetkinlik yaşına çatmamış 76 uşaq, 6 ailə tamamilə məhv edilib, 26 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

    Z.Abdullayev Xocalı faciəsinin soyqrım aktı kimi dünyada tanıdılması istiqamətində mühüm addımlar atıldığını bildirib, artıq həyata keçirilən işlər nəticəsində xarici ölkələrdə, xüsusilə Avropa və Amerika ölkələrində Xocalı faciəsinin xalqımıza qarşı törədilən soyqrım aktı kimi tanındığını vurğulamışdır.

    Daha sonra “Əsrin faciəsi” filmi nümayiş etdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi