Füzuli və Tərtərdə partlamamış hərbi sursat aşkar edilib - FOTO

Füzuli və Tərtərdə partlamamış hərbi sursat aşkar edilib - FOTO Tərtərin Cəmilli kəndində 1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi aşkar olunub
Qarabağ
16 İyun , 2016 02:03
Füzuli və Tərtərdə partlamamış hərbi sursat aşkar edilib - FOTO

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentlik (ANAMA) Füzuli, Ağdam və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, Tərtər rayonunun Cəmilli kəndində 1 əkin və 7 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 8 000 kv. m ərazi yoxlanılıb. Şıxarx kəndinin 2 ev və həyətyanı sahə, 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (100 mm-lik OF-412 top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 11 000 kv. m ərazi yoxlanılıb.

Cəmi 2 ev və həyətyanı sahə, 1 əkin sahəsi, 12 partlayış yeri, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi və 1 ədəd 100 mm-lik OF-412 top mərmisi) aşkar edilib, nəticə etibarı ilə 19 000 kv. m ərazi yoxlanılıb.

Ağdam rayonunun Əfətli kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 1 500 kv. m ərazi yoxlanılıb.

Qaradağlı kəndinin 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 1 000 kv. m ərazi yoxlanılıb.

Cəmi 1 ev və həyətyanı sahə, 1 əkin sahəsi, 2 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 2 500 kv. m ərazi təmizlənib.

Füzuli rayonunun Horadiz şəhərinin 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (152 mm-lik top mərmisi) aşkar edilərək işarələnmiş və zəruri təhlükəsizlik tədbirləri görülüb, nəticə etibarı ilə 1 760 kv. m ərazi yoxlanılıb. Aşkar olunmuş sursatın partlayış yolu ilə zərərsizləşdirilməsi növbəti gün yerinə yetiriləcək.

Cəmi 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (152 mm-lik top mərmisi) aşkar edilərək işarələnmiş və zəruri təhlükəsizlik tədbirləri görülüb, nəticə etibarı ilə 1 760 kv. m ərazi yoxlanılıb.

15 İyun tarixində 3 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 17 partlayış yeri, 3 ədəd partlamamış hərbi sursat (1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi, 1 ədəd 100 mm-lik OF-412 top mərmisi və 1 ədəd 152 mm-lik top mərmisi) aşkar olunaraq götürülmüş və gün ərzində 23 260 kv. m ərazi təmizlənib.

Ümumilikdə agentlik tərəfindən 7 Aprel – 15 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 605 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 531 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Son xəbərlər

Orphus sistemi